Paytaxtda sürət qatarı piyada qızı vurdu - Video

Paytaxtda sürət qatarı piyada qızı vurdu - Video
  24 İyun 2017    Oxunub:1808
Bakıda sürət qatarı sərnişini vurub. Qatarın qarşısına yox, kənara düşən piyadanın burnu belə qanamayıb. Qəza anı sürət qatarının təhlükəsizlik kameralarına düşüb.
Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik edib. Ani məsuliyyətsizlik az qala gənclərin canları bahasına başa gələcəkmiş.

Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə bir az ləngiyir. Sürətlə Sumqayıt istiqamətindən Bakı sərnişin vağzalına gələn qatar qızı vurur. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşür....

Həmin gənclər hadisədən sonra ərazidən qaçdıqları üçün maşinist qızın xəsarət alıb-almamasını və onların adını belə öyrənə bilməyib.

Maşinist hadisədən sonra qatarı saxladığı üçün Bakı sərnişin vağzalına təxminən 8 dəqiqə geçikmə ilə çatıb.

Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispeçerlərə məlumat verib. İndi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır. (XəzərTV)



AzVision.az


Teqlər: Qatar   Qəza  





Xəbər lenti